Fransanın “BNP Paribas” investisiya bankı Yaxın Şərqdə artan risklərdən qorunmaq üçün investorlara ”təhlükəsiz liman” kimi qızıla yönəlmələri və neft idxal edən ölkələrin valyutalarını satışını tövsiyə edib.
Eləcə də bax: ABŞ-İran gərginliyi qızılın qiymətini sürətlə bahalaşdırır
FED.az xəbər verir ki, bankın məlumatına görə, ABŞ-İran arasında gərginliyin daha da artması qızılın 1 unsiyasını 1650 dollara qaldıracaq, bununla da qiymətli metalın dəyəri 7 illik maksimumu yeniləyəcək. Bundan başqa Çin yuanı və İsveçrə frankı kimi digər aktivlər də yüksələcək.
“Hazırkı vəziyyətdə investorlar üçün qızıl neftdən daha yaxşı investisiya vasitəsinə çevrilib”, - deyə, bankın valyuta bölməsinin rəhbəri Şafali Saçdev bildirib.
Xatırladaq ki, ABŞ hava hücumu ilə iranlı generalı öldürməsindən sonra qızılın qiyməti beynəlxalq birjalarda keçən həftə 3% artaraq 1 562 dollara yüksəlmişdi. Çin yuanı isə bu həftə son 3 ayın maksimumunu yeniləyib.
Report