2023-cü ildə xaricdən Azərbaycana fiziki şəxslər tərəfindən 1 milyard 654 milyon 815 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 1 milyard 965 milyon 302 min dollar və 2,2 dəfə azalıb.
Qeyd edək ki, 2022-ci ildə xaricdən Azərbaycana fiziki şəxslər tərəfindən 3 milyard 620 milyon 117 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.