2023-cü ildə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə fiziki şəxslər tərəfindən 14 milyon 669 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 5 milyon 781 min dollar və 65% artıb.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə fiziki şəxslər tərəfindən 8 milyon 888 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.