Ötən il Hesablama Palatasının audit və analitik fəaliyyətini əhatə edən 45 dövlət maliyyə-nəzarət tədbirlərinin 42,2 %-i ilk dəfə həyata keçirilib.
Hesablama Palatası ötən il 4 milyard manata yaxın vəsaitlə bağlı analitik fəaliyyət icra edib
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bugünkü iclasında Palatanın 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, son iki ilin göstəricisi əvvəlki illərlə müqayisədə bir qədər çoxdur: "Bunun da əsas səbəbi büdcə xərclərinin artması, büdcə sifarişlərinin genişlənməsidir, nəticədə də yeni audit predmentləri yaranır".
V. Gülməmmədov qeyd edib ki, ötən il müvafiq icra hakimiyyəti orqanlarının təklifi əsasında 4 yeni tədbir, deputat və Hesablama Palatasının üzvlərinin təklifi əsasında isə 2 tədbir daxil edilib.
O bildirib ki, bütün dəyişikliklər ümumi iş planın 13 %-ni təşkil edib.
Hesablama Palatasının Kollegiyası tərəfindən 2023-cü ildə 41 audit və 4 analitik tədbirin keçirilməsi ilə bağlı qərar qəbul edilib: "Nəticələrin rəsmiləşdirilməsi 2024-cü ildə olan 1 tədbirdən başqa, bütün tədbirlər başa çatdırılıb". (Report)