Bu ilin yanvar-noyabr ayları ərzində banklar tərəfindən verilmiş 14,7 milyard manatlıq cəmi biznes kreditlərinin 8,3 milyard manatı və ya 56,2%-i iri sahibkarlıq subyektərinə verilib.
Noyabrda bankların kredit portfeli artıb
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı statistik bülletendə bildirilir.
Cəmi biznes kreditləri portfelinin 1,8 milyard manatı və ya 12,4%-i orta sahibkarlıq subyektlərinin payına düşüb.
Həmçinin biznes kreditləri portfelinin 1,5 milyard manatı və ya 10,4%-i kiçik sahibkarlıq subyektlərinin, 3,1 milyard manatı və ya 20,9%-i isə mikro sahibkarlıq subyektlərinin payına düşüb. (Trend)