İllərdir intizamsız işləyən vergi ödəyicisi 2019-cu ildən güzəştlərdən istifadə edərək işçilərin sayını, əməkhaqqını və gəlirlərini şəffaf şəkildə göstərərsə, vergi orqanı əvvəlki illərə görə barəsində bir tədbir görəcəkmi? Bu sual bir çox sahibkarı düşündürür.
FED.az xəbər verir ki, cavab mənfidir.
Eləcə də bax: Güzəştlər nəticəsində büdcə nə qədər itirir?
Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib ki, vergi orqanının əlində mənbəyi bəlli, əsaslandırılmış məlumat olarsa vergi ödəyicisinin vergi öhdəliyi bərpa olunacaqdır:
“Əsasladırılmamış sənəd olmadan vergi tələb edə bilmərik. Hansısa vergini tələb etmək üçün vergi orqanı bunu sübut etməlidir. Əgər sübut olunacaq qədər çox iz buraxıbsa mütləq vergi nəzarəti zamanı bu aşkarlanacaqdır, cinayət əlaməti varsa tədbirlər görüləcəkdir. Vergidənyayınma varsa, güzəştlərə baxılmayacaqdır”.