Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə 2022-ci ildə dövlət büdcəsinə 8,716 mlrd. manat manat vəsait daxil olacağı proqnozlaşdırılır.
Eləcə də bax: Gəlir vergisi üzrə gələn il dövlət büdcəsinə daxil olacaq vəsaitin həcmi - AÇIQLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası 2022-ci il dövlət büdcəsi haqqında Qanununu əsasında aparılan hesablamalara görə, daxilolmaların əsas hissəsi hüquqi şəxslərin gəlir vergisinin (ümumi vergi daxilolmaların 30,6%-i) və əlavə dəyər vergisinin (ümumi vergi daxilolmaların 27,2%-i) payına düşəcək.
Qeyd edək ki, bundan əvvəl Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında 2022-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 9,138 mlrd. manat daxil olması proqnozlaşdırılırdı.
Xatırladaq ki, 2020-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 7 387 mlrd. manat, 2021-ci ilin ilk doqquz ayında isə 6,354 mlrd. manat daxil olub.
Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar, 2022-ci il |
Məbləğ, min manat |
Daxilolmalarda payı |
Hüquqi şəxslərin gəlir vergisi |
2 670 000 |
30,6% |
Əlavə dəyər vergisi |
2 368 700 |
27,2% |
Fiziki şəxslərin gəlir vergisi |
1 485 000 |
17% |
Aksizlər |
1 106 847 |
12,7% |
Dövlət rüsumu |
363 500 |
4,2% |
Hüquqi şəxslərin əmlak vergisi |
236 045 |
2,7% |
Sadələşdirilmiş vergi |
200 000 |
2,3% |
Mədən vergisi |
142 023 |
1,6% |
Yol vergisi |
76 500 |
0,9% |
Hüquqi şəxslərin torpaq vergisi |
46 000 |
0,5% |
Sair daxilolmalar |
21 000 |
0,2% |