2024-cü ildə Ukraynanın milli valyutasının daha da ucuzlaşacağı gözlənilir. Ölkədə bir dolların 41 qrivnadan baha olacağı nəzərdə tutulur. Ukraynanın Maliyyə Nazirliyi devalvasiya proqnozlaşdırır.
Ukrayna müharibəsi qarpız bazarını «partladıb» - İXRAC VƏ QİYMƏTLƏR ARTIB - AZƏRBAYCAN ŞİRKƏTLƏRİ PUL QAZANIR
FED.az xəbər verir ki, bu barədə "Economic Pravda" nəşri yazır.
"Maliyyə Nazirliyi və biznes nümayəndələri 2024-cü ildə qrivnanın zəifləyəcəyini gözləyirlər. Xüsusilə, hökumət 2024-cü il üçün bir dollar üçün 41,4 qrivna məzənnəsini nəzərdə tutur", - nəşrin xəbərində deyilir.
Ukrayna Milli Bankının məlumatına görə, bu gün məzənnə 1 dollar üçün 36,5 qrivnadır.
2023-cü ilin aprelində Ukraynanın Maliyyə naziri Sergey Marçenko Ukraynanın büdcə kəsirinin aylıq təxminən 5 milyard dollar olduğunu, büdcənin üçdə ikisinin xarici kreditlər və qrantlar hesabına örtüldüyünü, xərclərin dörddə üçünün isə hərbi ehtiyaclara yönəldildiyini bildirmişdi. Avqustun sonunda Maliyyə Nazirliyi bildirib ki, Ukraynanın dövlət borcu 132 milyard dolları keçib.(Marja)