Ukrayna Milli Bankı uçot faiz dərəcəsini son bir ildə ilk dəfə azaldıb.
Mərkəzi Bank cəzalandıracağı qurumların adını - AÇIQLAMAĞA BAŞLAYIR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin mərkəzi bankının press-relizində bildirilir.
Qeyd edilir ki, uçot faiz dərəcəsi 25%-dən 22%-ə qədər endirilir. Sonuncu dəfə 2022-ci ilin iyunun iclasında 25%-ə qaldırılmışdı və həmin tarixdən bu tərəfə faiz dərəcəsi bu səviyyədə idi.
“Sürətli desinflyasiya və davamlı valyuta bazarı şərtləri mərkəzi banka uçot faiz dərəcəsinin azaldılması dövrünə başlamaq imkanı verib”- deyə, UMB-nin açıqlamasında deyilir.