Azərbaycan Mərkəzi Bank bu aydan etibarən cəzalandıracağı maliyyə qurumlarının adlarını internet səhifəsi vasitəsilə açıqlayacaq
AMB sədri: "Azərbaycanda bağlanma riski olan bank yoxdur"
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Kazımovun sözlərinə görə, bu, Azərbaycanda ilk təcrübədir:
"Yeni internet səhifəsi işə düşəcək Bu səhifədə Mərkəzi Bankın qanunu və qaydaları pozduğuna görə tədbirlər gördüyü maliyyə qurumlarının adlarını açıqlayacaq. Səhifədə qurumun hansı qanunu pozduğuna görə cəzalandırıldığı, hansı tədbir görüldüyü, hansı məbləğdə cərimələndiyi və s. məlumatlar yer alacaq. Biz istəyirik ki, maliyyə istehlakçılarının hüquqları daha yüksək səviyyədə qorunsun",- Mərkəzi Bankın sədri bildirib. (Marja)