Ukrayna Mərkəzi Bankı Rusiya qoşunlarının hərbi əməliyyatlara başlaması ilə əlaqədar fövqəladə iş rejiminə keçib və bir sıra məhdudlaşdırıcı tədbirlər görüb.
Eləcə də bax: Kiyevdə ərzaq mağazalarında uzun növbələr yaranıb - BANKLAR BAĞLANIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Milli Bankın rəhbəri Kirill Şevçenko çıxışında bildirib.
Milli Bankın qərarları arasında Rusiya rezidentlərinin hesabları üzrə əməliyyatlara qadağa da daxildir. Bundan əlavə, dövlət tapşırıqlarının yerinə yetirilməsi istisna olmaqla, transsərhəd valyuta ödənişlərinə moratorium tətbiq edilib.