Ukrayna Mərkəzi Bankı Rusiya və Belarus rublu ilə olan bütün əməliyyatlara qadağa qoyub.
Eləcə də bax: Ukrayna Mərkəzi Bankı Rusiya vətəndaşlarının bank əməliyyatlarına - QADAĞA QOYDU
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Səlahiyyətli qurumlara Rusiya və Belarus rublundan istifadə etməklə hər hansı valyuta əməliyyatı aparmaq qadağandır”, – tənzimləyicinin bəyanatında deyilir.
Qeyd edək ki, Ukrayna Mərkəzi Bankı həmçinin yerli banklara Rusiya və ya Belarusda yerləşən fiziki və ya hüquqi şəxslərlə hər hansı hesablaşmaları qadağan edib.