Türkiyənin Xəzinə və Maliyyə Naziri istefa verib.
Eləcə də bax: “Petkim”in İdarə Heyətinin keçmiş üzvü - Türkiyə Mərkəzi Bankının Sədri Oldu
FED.az xəbər verir ki, Albayrak, "Təxminən beş ildir davam etdirdiyim nazir vəzifəsini sağlamlıq problemlərim səbəbilə artıq davam edə bilmirəm. Bundan sonra zamanımı uzun illərdir zərurətdən ötəri laqeyd yanaşdığım və mənə dəstəyini heç bir zaman əsirgəməyən anam, atam, həyat yoldaşım və uşaqlarıma ayıracağam", - bildirib.
Ötən Cümə günü də Türkiyə Prezidentinin Fərmanı ilə Mərkəzi Bankın sədri Murat Uysal vəzifəsindən azad edilmiş, yerinə keçmiş maliyyə naziri Naci Ağbal təyin edilmişdir.
Qeyd edək ki, Berat Albayrak Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir. (Marja)