Türkiyə Mərkəzi Bankının sədri Murat Uysal vəzifəsindən azad edilib.
Eləcə də bax: Türk lirəsi dəyərdən düşdü, Mərkəzi Bank rəhbəri - İSTEFAYA GÖNDƏRİLDİ
FED.az xəbər verir ki, türk mətbuatının yaydığı məlumata görə, bununla bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın əmr imzalayıb.
Onun digər əmri ilə tənzimləyici quruma rəhbərlik Naci Ağbala həvalə olunub.
O, indiyə qədər Türkiyə prezidentinin administrasiyasında departamentinin rəhbəri işləyib, 2015-2018-ci illərdə Türkiyənin maliyyə naziri olub, 2006-cı ildə isə 1 il müddətinə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı sayılan "Petkim" neft-kimya holdinqinin İdarə Heyətinin üzvü olub. (Report)