Türkiyənin bank bazarında islam bankçılığının həcmi 9%-ə çatır.
Azərbaycanda islam bankçılığı tətbiq ediləcək – QANUNLARA DƏYİŞİKLİK GÖZLƏNİLİR
FED.az xəbər verir ki bu barədə Türkiyə Katılım Bankları Birliyinin Beynəlxalq əməkdaşlıq, korporativ əlaqələr və təlimlər üzrə direktoru Fatma Çinar bu gün Bakıda keçirilən “Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri” mövzusunda Konfransda bildirib.
Onun sözlərinə görə, Türkiyədə islam bankçılığı 1994-cü ildən başlayıb. Hazırda Türkiyədə islam prinsipləri ilə çalışan 6 katılım bankı var – daha 2 yeni bankın açılması gözlənilir.
Fatma Çinar bildirib ki, Türkiyədə islam maliyyəsi məhsulları kredit, investisiya, vəsaitlərin toplanması və ticarətin maliyyələşdirilməsidir.
Hazırda Türkiyədə islam qaydaları ilə işləyən 6 bankın təqribən 11 min filiali var və burada 202 min nəfər çalışır.
Ekspert bildirib ki, Türkiyədə islam bankçılığı potensialı böyükdür: «Əhalinin 40%-inin bank və qeyri-bank qurumları ilə əlaqəsi yoxdur, bu islam bankçılığı üçün böyük potensialdır».
«Hazırda islam bankçılığı Türkiyənin bank sistemində 9% paya malikdir. Amma 2025-ci ildə bu rəqəmi 15%-ə qaldırmaq niyyətindəyik»-deyə ekspert bildirib.
Türkiyəli ekspert bildirib ki, Türkiyə bank sektorunun illik həcmi 14,3 trilyon lirə həcmi var, 2022-ci bu sahədə 26% artım olub. Bu sahədə çalışan bankların kapitallaşması 1,3 milyard dollar artıb.
«Yəni islam banklarının kapitalı ənənəvi banklardan daha sürətli inkişaf edir».
Fatma Çinar bildirib ki, hazırda sektor inkişaf edir, amma burada yeni innovativ alətlərə ehtiyac var. «Türkiyədə bu sahədə 11 maralı tərəf, o cümlədən böyük təlim mərkəzi var»-deyə ekspert bildirib.
Türkiyəli ekspert bildirib ki, islam bankçılığınının rəqəmsal tərəfi də inkişaf etməkdədir: «5 milyona yaxın rəqəmsal müştərimiz var, bu sahədə 17 min nəfər işləyir.
2022-ci ildə islam bankçılığı üzrə məsafədən müraciətlər rekord həddə - 293 minə çatıb.
Onun sözlərinə görə, Türkiyə bu sahədə Azərbaycanla təcrübəsini bölüşməyə hazırdır.
Hazırda Türkiyədə islam bankçılığı sahəsində atılacaq yeni addım İslam Zəmanət Fondunun yaradılmasıdır: «Biz indi Türkiyədə İslam Zəmanət Fondu yaratmağa hazırlaşırıq»-deyə xanım Çinar bildirib.