ABŞ-ın sanksiya xəbərdarlığından sonra Türkiyədəki dövlət bankları Rusiyanın “Mir” ödəniş sistemi ilə xidmət göstərməyi dayandırıblar.
FED.az xəbər verir ki, Ziraat Bank, Halkbank və Vakıfbank Mir ödəniş sistemindən çıxmaq qərarına gəliblər.
Sentyabrın 19-da, İş Bankası və Denizbank Rusiyanın Mir ödəmə sistemi üzrə xidmətlərini dayandırdığını açıqlayıb.
Mir, Rusiya Mərkəzi Bankı tərəfindən Visa və Mastercard-a alternativ olaraq hazırlanmışdır. (Marja)