Sentyabrın 19-20-dən başlayaraq Ermənistanın bəzi bankları Rusiyanın «Mir» ödəniş sisteminin kartlarını qəbul etməməyə başlayıb.
Eləcə də bax: Türkiyənin ən böyük bankı «Mir» kartları ilə əməliyyatı - DAYANDIRDI
FED.az xəbər verir ki, Qərbin Rusiyaya qarşı sanksiyaları nəticəsində dünyanın aparıcı ödəniş sistemləri – «Visa» və «Mastercard» Rusiyada fəaliyyətini dayandırdığına görə, rusiyalı turistlərin istifadə etdiyi yeganə kart «Mir» ödəniş sisteminin kartlarıdır.
Amma sentyabrın ortalarından başlayaraq bu kartların Türkiyə və Ermənistanda istifadəsində problem yaranmağa başlayıb.
Əvvəlcə Türkiyənin ən böyük özəl bankı olan «İş Bankası» «Mir» kartlarından imtina edib, bank bunu ABŞ sanksiyalarına görə etdiyini bildirib.
Daha sonra Türkiyənin «Dəniz Bank»ı da sözügedən kartlardan istifadəni məhdudlaşdırıb. Rusiya səfirliyi problemlə üzləşən turistlərə nağd ödənişlərdən istifadə etməyi məsləhət görüb.
Türkiyədən sonra Ermənistan bankları da «Mir» kartlarına xidməti dayandırıblar. Ermənistan Mərkəzi Bank bildirib ki, banklar bu barədə qərarı özləri müstəqil şəkildə verəcəklər: «Banklar öz risklərini, o cümlədən sanksiyalarla bağıl risklərini özləri idarə edirlər».
Ermənistandan sonra Qazaxıstan və Vyetnam bankları da «Mir» kartlarına xidməti dayandırıb.
Artıq Qazaxıstanın ən böyük bankı olan «Xalyk» bankı və Vyetnamı «BIDV» bankları da «Mir» kartlarını qəbul etmir.
Rusiya Mərkəzi Bankı yalnız onu qeyd edib ki, xarici tərəfdaşlar «Mir» kartlarının qəbulu ilə bağlı qərarı özləri verirlər.
Birləşmiş Ştatlar isə bildirib ki, dünyadakı daha çox bankın «Mir» kartları ilə əməliyyatları dayandıracağını gözləyir. Bu yolla onlar sanksiyalardan qoruna bilərlər. Bu addımlar (yəni «Mir»kartlarına xidmətin dayandırılması) çox sağlam hərəkətlərdir. Bankları sanksiyadan qorumaq üçün ən yaxşı üsul «Mir» kartları ilə əməliyyatları dayandırmaqdır.