Türkiyənin ödəniş sistemləri inkişaf etdirən "Token" şirkəti Azərbaycanda törəmə şirkətini yaradıb.
Eləcə də bax: Rusiyada yeni ödəniş sistemi - YARADILDI
FED.az xəbər verir ki, 8 Aprel 2022-ci il tarixində Dövlət Vergi Xidməti "Token Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb.
Şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı Kartal Raşit, Müşahidə şurasının üzvləri Ebiçlioğlu Fatih Kemal, Erkan Duysal və Sarıdal Handedir.
Şirkətin nizamnamə kapitalı 920 min avrodur.
"Token Azərbaycan" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. ev 37, "Dəmirçi Tovver"dir.
Qeyd edək ki, Erkan Duysal Türkiyənin "Token" şirkətinin Baş direktorudur. "Token" Türkiyənin aparıcı ödəniş sistemi platforması təminatçısıdır. (Marja)