Rusiya Mərkəzi Bankı “Hello” adlı yeni ödəniş sistemini reyestrə daxil edib.
Eləcə də bax: Putin rubl və digər milli valyutalarda hesablaşmalara keçidi sürətləndirməyə - ÇAĞIRIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin saytında deyilir.
Rusiya Mərkəzi Bankının məlumatına görə, “Hello” ödəniş sistemi 15 aprel 2022-ci ildə reyestrə daxil edilib. Bu ödəniş sisteminin operatoru 2016-cı ildə Moskvada qeydiyyatdan keçmiş Hello MMC-dir. Rusiya Federal Vergi Xidmətinin məlumatına görə, “Hello MMC”nin iştirakçıları (təsisçiləri) arasında “Lodgegate Management and Sales MMC” var.
Vurğulanır ki, “Hello” ödəniş sistemindən istifadə edildikdə Rusiya daxilində köçürmələr üzrə komissiya 0-6% və ya 0-1500 rubl təşkil edəcək.