2023-cü ildə Türkiyədən Azərbaycana fiziki şəxslər tərəfindən 164 milyon 316 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 1 milyard 42 milyon 175 min dollar və 35% artıb.
Qeyd edək ki, 2022-ci ildə Türkiyədən Azərbaycana fiziki şəxslər tərəfindən 122 milyon 141 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.