Türkiyədə əmanətlərin əhəmiyyətli hissəsini təşkil edən 1-3 ay müddətində əmanətlər üzrə faiz dərəcələri 2003-cü ildən bəri ilk dəfə 30%-i keçib.
Moody's Türkiyədəki seçkiləri qiymətləndirdi - YÜKSƏK İNFLYASİYA DAVAM EDƏ BİLƏR
FED.az xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) məlumatlarına görə, 1-3 aylıq əmanətlərdə faiz dərəcəsi 12 May həftəsində 30 faizdən yuxarı qalxıb. Belə ki, 2003-cü ilin oktyabrından bəri ilk dəfə olaraq 1-3 ay müddətində əmanətlərin faizi 30 faizdən yüksək olub.
Əmanət faizlərinin tarixi gedişatına nəzər saldıqda, 2003-cü ildən sonrakı dövrdə faiz dərəcələrindəki enmə meylinin qlobal maliyyə böhranı zamanı fasilə verdiyi və daha sonra eniş sürətini bərpa etdiyi müşahidə edilib və 6 faizədək düşüb. Daha sonra məzənnə şokunun yaşandığı 2018-ci ilin sentyabr ayında 1-3 ay müddətində əmanətlərdə faiz dərəcəsi 27 faizi ötüb. Ardınca 8%-ə geriləyən depozit faizləri yenidən artmağa başlayıb və 30%-i keçib. (Marja)