Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət işçilərinin (qulluqçularının) maaşının artırıldığını açıqlayıb.
Goldman Sachs: Türk lirəsinin 13 faiz dəyər itirməsi lazımdır
FED.az xəbər verir ki, Ərdoğan dövlət qulluqçularının maaşının 45% artırıldığını bildirib. Bu artımla ən aşağı dövlət işçisi maaşı 15 000 Türk Lirəsi (1308 manat) olub.
Ərdoğan, “Dövlət qulluqçularının minimum maaşını 15 min lirəyə qaldırırıq. Biz həmçinin, iş mükafatı ödənişləri olmayan işçilərə 4-6% mükafat ödəmə tətbiqini təqdim edirik. Bundan əlavə, veteran, terror qurbanı və şəhid yaxınları olan işçilərinin əmək haqqına 10% əlavə edirik”,- deyib.
Qeyd edək ki, 14 Mayda Türkiyədə seçkilər keçiriləcək. (Marja)