Seçkilər yaxınlaşdıqca xarici qurumların Türkiyə ilə bağlı təhlilləri gəlməyə davam edir.
İri bankdan "Dolların qiyməti 36 lirəyə çata bilər" proqnozu
FED.az xəbər verir ki, növbəti təhlil qlobal investisiya bankı Goldman Sachs tərəfindən aparılıb.
Seçkilərdən sonra iqtisadi ictimaiyyət üçün önəmli mövzulardan biri türk lirəsinin (TL) dəyəridir. Tür lirəsini tədiyyə balansı kontekstində təhlil edən bank, TL-nin qarşıdakı dövrdə 13% dəyər itirməsi lazım olduğunu bildirib.
Bank bəyan edib ki, bu baş verməsə, TL-nin kəskin ucuzlaşmasının qarşısını almaq üçün cari əməliyyatlar hesabının ixracın artırılması hesabına azaldılması tələb oluna bilər.
Bununla belə, vurğulanıb ki, siyasət seçimləri və makro mühit cari əməliyyatlar kəsirinin genişlənməsinə səbəb olarsa, TL-nin daha da ucuzlaşması mümkündür.
Təhlildə cari kəsirin ümumi daxili məhsulun 7-8 faizinə çatacağı təqdirdə TL-də 18 faiz ucuzlaşma olacağı bildirilib.
Qeyd edək ki, cari əməliyyatlar hesabının kəsiri (valyuta kəsiri) valyuta gəlirləri ilə (ölkəyə daxil olan) valyuta xərcləri (ölkədən çıxan) arasındakı fərqdir.
Hazırda Dollar/Türk Lirəsi məzənnəsi 19,50 lirə səviyyəsindədir. Əgər Goldman Sachs-ın proqnozu reallaşarsa dollar 22 - 23 türk lirəsi civarında olmalıdır.
Xəbər verdiyimiz kimi, digər qlobal maliyyə təşkilatı JPMorgan, Dollar/Türk Lirəsi proqnozlarını - “güclü ortodoks siyasət” ssenarisində 25 lirə, “mülayim ortodoks siyasət ssenarisi”ndə isə 30 lirə səviyyəsində proqnozlaşdırıb. (Marja)