Türkiyə və Rusiya “Mir”ə alternativ olaraq “Troy” ödəniş sistemindən istifadəni müzakirə edirlər. Türkiyə Mərkəzi Bankının rəhbəri Şahap Kavçıoğlu Ankara ilə Moskva arasında ticarətin milli valyutalarla aparılmasının zəruriliyi ilə bağlı fikir bildirib.
Eləcə də bax: Türkiyənin dövlət bankları "Mir" sistemindən - ÇIXIR
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Troy” birbaşa Ankaranın nəzarəti altında olduğundan ABŞ-ın “müdaxilə etmək üçün bəhanə tapmaq” çətin olacaq.
“Ana Vətən” partiyasının Türkiyədəki nümayəndəsi Hakan Topkurulu bildirib ki, Ankara “Mir” kartlarından istifadə ilə bağlı mövqe tutmalı və ABŞ-ın məhdudiyyətlər tətbiq etmək hədələrinə inanmamalıdır.