Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının xalis ehtiyatı seçkidən bir həftə əvvəl mənfi 4,4 milyard dollara qədər azalıb. Beləliklə, Mərkəzi Bankın ehtiyatlarında tarixi antirekord qeydə alınıb.
Türkiyə iqtisadiyyatı üçün kritik qərar - NECƏ OLACAQ?
FED.az xəbər verir ki, TCMB-nin məlumatına görə, 26 may həftəsində bankın ümumi ehtiyatları 3,1 milyard dollar azalaraq 98,5 milyard dollar olub. Son 2,5 ayda TCMB-nin ümumi ehtiyatlarında 28 milyard dollar azalma müşahidə olunub.
Svoplar istisna olmaqla xalis ehtiyatlar pisləşməkdə davam edib 26 May həftəsində xalis ehtiyatlar mənfi 60,5 milyard dollar olub. Əvvəlki həftə bu rəqəm mənfi 60,3 milyard dollar olaraq qeyd edilmişdi.