Türkiyə Mərkəzi Bankı (TCMB) valyuta məzənnələrindəki qeyri-sağlam qiymət formalaşması səbəbindən birbaşa satış istiqamətində bazara müdaxilə etdiyini açıqlayıb.
Eləcə də bax: Ərdoğan danışdı - Dollar Rekord Qırdı
Bildirək ki, sonuncu dəfə TCMB sonuncu birbaşa valyuta müdaxiləsini 2014-cü ilin yanvarında 3.15 milyard dollarlıq satışla həyata keçirmişdi.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın son açıqlamasından sonra dollar/lirə cütlüyünün məzənnəsi 13.4776-dan 12.4267 səviyyəsinə qədər enmişdir. Hazırda isə 13.0985 ətrafında hərəkətlənir məzənnə.
Əvvəlki illərdə edilən müdaxilələrə baxsaq, bu müdaxilənin böyüklüyü 2.5-3 milyard dollar hesabına başa gələ bilər, bunu Bloomberg HT-yə Derici Şengül iqtisadçı bildirir.
“Ancaq Mərkəzi Bankın banklarla etdiyi svoplar nəzərə alındıqda, qısa mövqe tutur. Bu fəaliyyət imkanlarını daraldır. Təbii bu o demək deyil ki, TCMB-nin müdaxilələr üçün kifayət qədər gücü yoxdur. Müdaxilə bazarın tələbinə uyğun olaraq bank sistemi vasitəsilə həyata keçirilir. TCMB hazırda xarici valyutanı birbaşa bazara çıxarır” – deyə Derici Şengül bildirir.
| Tarix | Alış həcmi, mln. dollar | Satış həcmi, mln. dollar | 
| 11.07.2002 | 0 | 3 | 
| 02.12.2002 | 16 | |
| 24.12.2002 | 9 | |
| 12.05.2003 | 62 | |
| 21.05.2003 | 517 | |
| 09.06.2003 | 566 | |
| 18.07.2003 | 938 | |
| 10.09.2003 | 704 | |
| 25.09.2003 | 1.442 | |
| 16.02.2004 | 1.283 | |
| 11.05.2004 | 9 | |
| 27.01.2005 | 1.347 | |
| 09.03.2005 | 2.361 | |
| 03.06.2005 | 2.056 | |
| 22.07.2005 | 2.366 | |
| 04.10.2005 | 3.271 | |
| 18.11.2005 | 3.164 | |
| 15.02.2006 | 5.411 | |
| 13.06.2006 | 494 | |
| 23.06.2006 | 763 | |
| 26.06.2006 | 848 | |
| 18.10.2011 | 525 | |
| 30.12.2011 | 1.865 | |
| 02.01.2012 | 525 | |
| 03.01.2012 | 326 | |
| 04.01.2012 | 155 | |
| 23.01.2014 | 3.151 | 


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








