Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) faiz qərarını açıqlayıb.
Moody's Türkiyədəki seçkiləri qiymətləndirdi - YÜKSƏK İNFLYASİYA DAVAM EDƏ BİLƏR
FED.az xəbər verir ki, TCMB faizini 8,50% səviyyəsində saxlayıb.
İqtisadçıların gözləntiləri də faiz dərəcəsinin 8,50 faiz səviyyəsində saxlanılması idi.
Bankın press-relizində, “Sənaye istehsalındakı sürətlənmənin və məşğulluğun artması tendensiyanın qorunub saxlanması baxımından zəlzələdən sonra maliyyə şərtlərinin dəstəklənməsi daha da əhəmiyyət kəsb edir. Bu çərçivədə İdarə Heyəti siyasət faizini sabit saxlamağa qərar verib. İdarə Heyəti bu qənaətdədir ki, pul siyasəti mövqeyi qiymət sabitliyini və maliyyə sabitliyini qorumaqla zəlzələdən sonra lazımi bərpanı dəstəkləmək üçün kafidir", - bildirilir.
Bank seçkidən əvvəl aprelin 27-də keçirdiyi iclasda faiz dərəcəsini dəyişməmişdi. Sözügedən iclasın press-relizində qeyd olunmuşdu ki, “İdarə Heyəti pul siyasəti mövqeyinin qiymət sabitliyini və maliyyə sabitliyini qorumaqla zəlzələdən sonra lazımi bərpanı dəstəkləmək üçün kafi olduğu qənaətindədir”. Burada “kafi” ifadəsinin qorunub saxlanılması faiz dərəcəsinin indiki səviyyədə qalacağına dair gözləntiləri dəstəkləyir. (Marja)