Türkiyə lirəsinin məzənnəsində ölkənin maliyyə naziri Berat Albayrak-ın istefa xəbəri ardından möhkəmlənib.
Eləcə də bax: Türkiyənin Xəzinə və Maliyyə Naziri - İstefa Verdi
FED.az Banker.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bakı vaxtı ilə 11:00-da, bir ABŞ dollarının məzənnəsi 1.67%, yəni, 0.1422 lirə ucuzlaşmaqla 8.3765 lirə olmuşdur.
Qeyd edək ki, son ayda lirənin məzənnəsi daha kəskin enişlə ucuzlaşırdı. Ötən gün Türkiyənin maliyyə naziri istefa etməsi ilə bağlı ölkə başçısına müraciəti KİV-də çıxmışdı.