Türkiyənin fintex və rəqəmsal bankçılıq sahəsində təcrübəsinin Azərbaycanda tətbiqi çox yaxşı olar, iki ölkənin dövlət və özəl qurumları bu istiqamətdə əməkdaşlıq edə bilər.
İlk dəfə olaraq "Baku Fintech Forum" - KEÇİRİLİR
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin "Koophub" vençur şirkətinin həmtəsisçisi Mustafa Baltacı bildirib.
"Bildiyimə görə, iki ölkənin mərkəzi bankları yaxından əməkdaşlıq edir. Türkiyədə bankçılıq sahəsində Palata da var və sektorda tənzimləyici rol oynayır. Bizim maliyyə sahəsində həm yaxşı, həm də acı təcrübələrimiz olub", - deyə o qeyd edib.
Qonaq xatırladıb ki, əsrin əvvəlində çox böyük maliyyə böhranı olub: “Bu zaman bank sektorunda dəyişikliklər yaşadıq, bəzi banklar müflis oldu. Sektorun 1/3 -ni itirdik. Biz bütün bank sektorunu əvvəldən restrukturizasiya etməli idik və bunu etdik. Dövlət olaraq banklara dedik ki, siz artıq rəqəmsallaşmalısınız. Bu baxımdan, məncə Türkiyə bankçılığı çox inkişaf etdi və dünyada da ən yaxşılardandır”.
M.Baltacı onu da bildirib ki, Azərbaycan bankları Türkiyə bankları ilə yaxından əməkdaşlıq edirlər: “Bizim bankçılıq palatasının da Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlıq etməsi, həm bazarla, həm də qanunvericiliklə bağlı təcrübəsini paylaşması çox yaxşı olar. İki ölkənin tənzimləyici qurumlarının paylaşmalı təcrübələri var". (Report)