Türk Lirəsi (TL) ucuzlaşmaqda davam edir.
Türkiyədə seçki ssenarilərinə görə Dollar/TL proqnozu - "DOLLAR 36 LİRƏYƏ YÜKSƏLƏ BİLƏR"
FED.az xəbər verir ki, Dollar/TL məzənnəsi 1%-ə yaxın da yüksələrək 19,0041 lirə səviyyəsini görüb (Türk Likrəsi ucuzlaşaıb, ABŞ dolları bahalaşıb).
Prezident seçkiləri öncəsi qeyri-müəyyənlik Türk Lirəsinin ucuzlaşmasına səbəb olur.
ABŞ-da FED sədri Cerom Pauellin açıqlamaları da Dolların bahalaşmasına səbəb olub. Dollar indeksi 105 səviyyəsinə yüksəlib. FED-in mart toplantısında faizlərini 0,50 bənd artıracağına 75% ehtimal verilir.
2022-ci ildə 40% yüksələn və ili 18.70 ilə bağlayan dollar/TL məzənnəsi, 2023-cü ilin ilk aylarında dar dəhlizdə əməliyyat edilib. Lakin qlobal bazarlarda dolların yenidən bahalaşması, valyuta məzənnələrinə təzyiqlər və Türkiyədə seçkinin yaxınlaşması səbəbindən məzənnə dəyişkənliyinin artacağı bir dövr olacağı gözlənilir. (Marja)