2025-ci ilin aprel ayının 1-nə Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 3.24% azalaraq 0.0448 manat təşkil edib.
Avropa bankı USD/TRY proqnozunu 42-yə qaldırdı
FED.az xəbər verir ki, son 30 gün ərzində TRY/AZN məzənnəsi 0.0466 ilə maksimum səviyyəyə çatsa da, 0.0447 səviyyəsinə qədər eniş göstərib. Bu dövrdə orta məzənnə 0.0458 olub və ümumi azalma 3.72% təşkil edib.
Daha geniş – 90 günlük perspektivdə isə lirənin manata qarşı dəyərsizləşməsi daha kəskin olub. TRY/AZN məzənnəsi bu müddətdə 0.0481 səviyyəsinə yüksəlsə də, minimum 0.0447 manat olub. 90 gün ərzində orta məzənnə 0.0469 təşkil edib və ümumi azalma 6.79% olub.
Son dövrlərdə lirənin dəyər itirməsi Türkiyə iqtisadiyyatında davam edən inflyasiya təzyiqləri, ABŞ dollarına qarşı zəifləməsi və bölgədəki makroiqtisadi faktorlarla izah edilir. Azərbaycanda isə sabit məzənnə siyasəti fonunda lirənin manata qarşı azalması davam etməkdədir.