Avropanın ən böyük bankı Almaniya Commerzbank, Türkiyədə artan siyasi gərginlik fonunda USD/TRY məzənnəsi üzrə proqnozunu artıraraq ilin sonuna qədər 42, 2026-cı ilin sonuna qədər isə 46 olacağını bildirdi.
S&P: İmamoğlunun həbsi Türkiyədə iqtisadi sabitliyə və lirəyə risk yarada bilər
FED.az xəbər verir ki, bu dəyişiklik xüsusilə İstanbul Böyükşəhər Bələdiyyəsinin meri Əkrəm İmamoğluna qarşı başlanılan korrupsiya istintaqı nəticəsində baş verən bazar çalxalanması ilə əlaqələndirilir. Martın 19-21-i aralığında Türk lirəsi 12%-dən çox ucuzlaşdı, lakin Mərkəzi Bankın 25 milyard dollar həcmində ehtiyat satışı ilə müəyyən qədər bərpa olundu. Aprelin 1-i saat 12:00-a olan məlumata görə, USD/TRY məzənnəsi 37.9472 səviyyəsində qərarlaşmışdı.
Commerzbank analitiki Tatha Ghose xəbərdarlıq edib ki, davam edən siyasi qeyri-sabitlik lirəyə təzyiqləri artıracaq. Bu vəziyyət həmçinin Türkiyənin Qərb müttəfiqləri ilə əlaqələrinə zərər vuraraq, Mərkəzi Bank üçün bahalı və uzunmüddətli dayanıqsız müdaxilələrə səbəb ola bilər. Hazırda Türkiyədə inflyasiya 39.05%-ə qədər geriləyib və Mərkəzi Bank ardıcıl üçüncü dəfə 250 baza bəndi faiz endirimi edərək siyasət faizini 42.5%-ə salıb.