ABŞ-ın 10 illik istiqrazlarının gəlirliliyi ötən həftə 1.56%-ə çatdığı açıqlandı. Bu da 17 iyundan sonra 1.45%-ə qədər geriləyib.
Eləcə də bax: Türkiyədə dollar rekord həddə - Bahalaşdı
FED.az Banker.az- a istinadən xəbər verir ki, uzun müddətli istiqrazların gəlirliliyi bu gün yenidən 1.56% səviyyəsinə keçib. Təhvil faizindəki hərəkətliliklə ABŞ dollarının 6 əsas valyuta qarşı indeksi də təkrar 94.15 bənd səviyyəsinə yüksəlmiş və qlobal qiymətlərdə dolların təsiri artıb.
Qlobal risk iştahının düşməsi və ehtiyat üçün “güvənli liman” olaraq dolların üstünlük qazanması ABŞ valyutasının gücünü artırılmalı oldu. Həftənin əvvəli 1.1642 səviyyəsinə yüksələn EUR/USD cütlüyünün məzənnəsi 1.15.80 səviyyəsinə, GBP/USD isə 1.3647-dən 1.3598-ə qədər zəifləyiblər.
Dolların bu güclənməsindən ən çox təsirlənənlər sırasında da Türkiyə lirəsidir (TRY). USD/TRY cütlüyüdür. 29 sentyabrda 8.9579 ilə rekord qıran bu cütlüyün məzənnəsi, sonradan 8.8165 səviyyəsinə qədər gerilməşdir. Artıq USD/TRY cütlüyünün məzənnəsi bu gün 8.90 səviyyəsini aşıb.
Bakı vaxtı ilə 11:45 radələrinə dollar/lirə cütlüyü 8.9344 səviyyəsinə çatmaqla, sessiya ərzində 0.0650 lirə, yaxud 0.74% bahalaşmalı oldu.
Qlobal risk iştahının tədarük problemi və Çindəki maliyyə problemllərinin inflyasiya yüksəlməsi və neftin qiymətinin 7 illik maksimuma yüksəlməsi iqtisadi aktivliyin azalması narahatlıqlaının artması ilə əlaqəlidir.