Dollar/Türk Lirəsi (TL) məzənnəsi Türkiyə Cümhuriyyəti Mərkəz Bankının (TCMB) pul siyasəti faizini 1,00 bənd azaltdığı barədə qərarı açıqlandıqdan sonra ilk əməliyyatlarda 8.8017 səviyyəsini görərək bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Eləcə də bax: Türkiyə Mərkəzi Bankı faiz qərarını - AÇIQLADI
FED.az xəbər verir ki, daha əvvəl görülən ən yüksək səviyyə 8,8008 idi.
Türkiyə Cümhuriyyəti Mərkəz Bankı pul siyasət faizini 1,00 faiz bəndi endirərək 19%-dən 18%-ə salıb. Bazarın gözləntisi faizin 19%-də sabit saxlanacağı istiqamətində idi.
Bakı vaxtı ilə saat 15:25-də Dollar 8,7628 lirədən əməliyyat olunub. (Marja)