Türk Dövlətləri Təşkilatının (TDT) investisiya fondunun ilkin nizamnamə kapitalı $350 milyon təşkil edəcək.
Eləcə də bax: Türkiyənin aparıcı ödəniş sistemi Azərbaycanda - BÖYÜK ŞİRKƏT YARADIB - VİDEO
FED.az Qırğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyinə istinadən xəbər verir ki, fondun nizamnamə kapitalı TDT-nin üzvü olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın bərabər payları əsasında formalaşacaq.
İyulun 5-6-da İstanbulda “TDT-nin investisiya fondunun təsis edilməsi haqqında” saziş layihəsinin hazırlanmasına həsr olunmuş növbəti iclas keçirilib.
İnvestisiya fondunun yaradılmasında məqsəd regiondaxili ticarətin genişləndirilməsi və iqtisadi əməkdaşlığın dəstəklənməsi yolu ilə TDT-yə üzv ölkələrin iqtisadi inkişafına yardım etməkdir.
Saziş layihəsi sənədin imzalanmağa hazırlanması məqsədilə dövlətdaxili prosedurların həyata keçirilməsinə yönəldiləcək.(İnterfaks)