Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş layihəsini təsdiqləyib.
Türk İnvestisiya Fondunda Azərbaycanın payı $100 milyon - TƏŞKİL EDƏCƏK
FED.az xəbər verir ki, bu barədə Tokayev sərəncam imzalayıb.
Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətə dəstək verməklə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin iqtisadi inkişafına kömək etməkdir.
Türk İnvestisiya Fondunun yaradılması haqqında Saziş martın 16-da Türkiyənin Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə görüşü zamanı imzalanıb. Fondun Türk dövlətlərinin qurduğu əsas ortaq maliyyə qurumuna çevrilməsi və fondun vəsaitlərinin birgə layihələrin həyata keçirilməsinə yönəldilməsi nəzərdə tutulur.
Fond Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək. Təşkilatın baş qərargahı İstanbulda olacaq. Nizamnamə kapitalı 500 milyon dollardır və hər birinin nominal dəyəri 50 000 ABŞ dolları olan 10 000 səhmə bölünüb. Hər bir TDT üzvü üçün 2 min səhm, hər bir ölkə üçün ödənilən səhmin ümumi nominal dəyəri 70 milyon ABŞ dolları, hər bir ölkə üçün cəlb olunan səhm üzrə ümumi nominal dəyər isə 30 milyon dollar təşkil edir. (Modern.az)