Oktyabrın 12-dən “Tinkoff” MDB-nin üç ölkəsindən - Azərbaycan, Özbəkistan və Ermənistandan başqa dollar və avro ilə daxil olan SWIFT köçürmələrini məhdudlaşdıracaq.
FED.az xəbər verir ki, qeyd olunan tarixdən SWIFT köçürməsini həyata keçirərkən “Tinkoff” hesabının rekvizitləri ilə yanaşı, göndərənə müxbir bankın rekvizitləri də lazım olacaq.
Müştəriləri Azərbaycanın bütün maliyyə təşkilatlarından SWIFT köçürmələrini ala biləcəklər. Digər ölkələrdən köçürmələr hesaba alınmayacaq. (Apa)