İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu "Baku Stone Factory" MMC-yə tikinti materiallarının istehsalı layihəsi üçün 60 min manat güzəştli kredit ayırıb.
10 ayda Azərbaycanda bankların biznes kreditləri portfeli - 13% ARTIB
FED.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Tikinti materiallarının istehsalının dəstəklənməsi bu sahədə artan tələbatın yerli məhsullar hesabına ödənilməsi baxımından əhəmiyyətlidir", - deyə o qeyd edib.