2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda bankların biznes kreditləri portfeli 12,8% - 12 milyard 246,38 milyon manata qədər artıb.
9 ayda Azərbaycanda əmanət və depozitlərin dollarlaşma səviyyəsi - 32,4%-DƏK AZALIB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Oktyabrda bankların biznes kredit portfeli 167,7 milyon manat artıb (sentyabrda artım 256,9 milyon manat olub).
Oktyabrın 31-nə dövlət fondları hesabına maliyyələşdirilən biznes kreditləri portfeli 936,97 milyon manat məbləğində (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 11% - İF) qiymətləndirilir.
Biznes kreditlərinin strukturunda 5 milyard 722,25 milyon manat iri biznesin, 2 milyard 313,99 milyon manat orta biznesin, 1 milyard 681.4 milyon manat kiçik biznesin, 2 milyard 528,7 milyon manat isə mikro biznesin payına düşür.
AMB-nin məlumatına görə, oktyabrın sonuna biznes kreditlərinin strukturunda qeyri-işlək kreditlərin həcmi 426,7 milyon manat məbləğində (portfelin 3,5%-i) qiymətləndirilir. 2022-ci ilin sonuna bu göstərici 507,3 milyon manat (4,7%) təşkil edib. (İnterfaks-Azərbaycan)