Azərbaycan Mərkəzi Bankı Tədiyyə balansının əsas göstəricilərini açıqlayıb.
Eləcə də bax: Azərbaycanın cari hesabının profisiti - KƏSKİN ARTIB
FED.az xəbər verir ki, bu ilin 1-ci rübündə Azərbaycanın tədiyyə balansının ümumi qalığı 1 milyard 572,4 milyon dollar olub. Bu ötən ilin eyni dövrünə nisbətən 4,8 dəfə artıqdır.
Ümumi qalıq ölkənin cari əməliyyatlar balansındakı 3 milyard 952,7 milyon dollarlıq qalıq (ötən illə müqayisədə 6 dəfədən çox ) hesabına yaranıb. Çünki sənədə əsasən 1-ci rübün sonuna tədiyə balansında maliyyə hesabında 1 milyard 195,6 milyon dollarlıq, balanslaşdırıcı maddələr üzrə isə 1 milyard 184,4 milyon dollarlıq kəsir var.