2021-ci ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 8,292 mlrd. ABŞ dolları və ya ÜDM-in 15,2%-ni təşkil edib.
Eləcə də bax: Azərbaycanın tədiyyə balansında ötən il 3 milyard dollardan çox - QALIQ OLUB
FED.az xəbər verir ki, Mərkəzi Bankın məlumatlarına görə, neft-qaz sektoru üzrə cari əməliyyatlar hesabının profisiti ötən ilə nəzərən 2,8 dəfə artaraq 14 mlrd. dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar hesabının kəsiri isə 7,7% artaraq 5,7 mlrd. dollar məbləğində olub.
Qeyd edək ki, 2020-ci il üzrə cari əməliyyatlar hesabının kəsiri 227,6 mln. dollar və ya ÜDM-in 0,5%-ni təşkil edib. 2019-cu ildə 4,4 mlrd. dollarlıq profisit olub. (Apa)