Məsafədən maliyyə xidmətlərinin genişlənməsi kibertəhlükəsizlik məsələsini artırıb. Günlər ərzində həyata keçirilən hesablşmalar real rejimdə həyata keçirilir.
Azərbaycanda təmassız ödənişləri qəbul edən POS-terminallar 23%-dən çox artıb
FED.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov “Critical Infrastructure Defence Challenge 2023” tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu ilin 9 ayda internet bankçılıqla həyata keçirilən əməliyyatlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artaraq 172 milyarda çatıb. Mobil bankçılıq ilə əməliyyatlar isə bu dövrdə 2.4 dəfə artıb. Qapalı bankçılıq açıq bankçılığı açıq maliyyələşməyə keçidin formalaşması Mərkəzi Bankın əsas hədəfidir. Bu da kibertəhlükəsizlik sahəsində görüləcək işlərin gücləndiməsini vacib edir".
T.Kazımov qeyd edib ki, bu gün Mərkəzi Bankla Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti arasında memorandum imzalanacaq.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri keçirilir. (Trend)