Mərkəzi Bankın tələbinə əsasən, bankların likvidliyi 30 faizdən aşağı olmamalıdır. Bu gün həmin göstərici 60 faizdir.
"Sentaybrda manatı bahalaşdıra biləcək təzyiq güclənib, Mərkəzi Bank bazara müdaxilə edib"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AZTV-yə müsahibəsində bildirib.
"Bizim banklarımız kifayət qədər yüksək likvidliklə fəaliyyət göstərir. Maliyyə sektorundakı risklərdən biri də dollarizasiya riskidir. 2015-ci ildə dollarizasiya göstəricisi 85 faiz olub. Bu gün bu göstərici 37 faizdir. Bu da kifayət qədər böyük nailiyyətdir. Hər ay bu göstərici düşür, çünki əhalinin manata inamı hər gün artır", - o qeyd edib.