"Bu gün Azərbaycanın valyuta bazarında təklif tələbi kifayət qədər üstələyir. Yəni, valyuta bazarımızda kifayət qədər valyuta təklifi var, lakin tələb aşağıdır".
Mərkəzi Bankdan valyuta bazarına alışyönlü - 122 MİLYON DOLLARLIQ MÜDAXİLƏ
FED.az xəbər verir ki, bunu AZTV-yə müsahibəsində Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Kazımov işarə edib ki, sentyabr ayında bazarda xarici valyutyanın (dolların -red) təklifi tələbi kifayət qədər çox üstələyib, Mərkəzi Bank Manata bahalaşma istiqamətində təzyiqi azaltmaq üçün bazara müdaxilə edib:
"2023-cü ilin ötən dövrü ərzində Mərkəzi Bank məzənnəni sabit rejimdə saxlamaq üçün alış yönümlü müdaxilə edərək bazardan 566 milyon dollar alıb. Bu 566 milyon dollarlıq alışın 444 milyon dolları (78%-i red) yalnız sentyabr ayında olub. Əhalinin Azərbaycan manatına inamı daha da artır. Enerji qiymətləri yüksək olduğundan bizim valyuta gəlirlərimiz artır".