"Azərbaycanda kredit faizlərini azaltmaq üçün depozit faizlərini aşağı salmalıyıq. Amma etiraf edək ki, depozit faizləri 4-5 % olsa, banklara pul qoyan olmayacaq".
Azərbaycanda manatla yeni verilmiş kredit və depozitlərin - FAİZLƏRİ AZALIB
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
"Bu gün kredit faizləri 4 amildən asılı olaraq formalaşır. İlk növbədə depozit faizləri 6-8 %-dirsə, bu, bankın verdiyi kreditin maya dəyərinin azı 6-8 %-ni təşkil edir. Sonra həmin borcalanın kredit riski bunun üzərinə gəlir. Bundan əlavə bankın əməliyyat xərcləri var, o da 1-2 % arası olanda ümumi kredit faizləri artır. Üstəgəl bankın marjası da var. Məndən soruşsanız ki, belə olmalıdırmı, deyərəm yox. Mən də başa düşürəm kİ, ölkədə kredit faizləri yüksəkdir. Keçən dəfə ABŞ-la müqayisə aparıldı. Halbuki ABŞ-da biznesin illik gəlirliliyi bizdəki kimi 15 % deyil, aşağıdır", - deyə T. Kazımov qeyd edib. (Report)