Azərbaycanda 2023-cü ilin may ayının 1-nə milli valyuta ilə yeni cəlb olunmuş depozit və əmanətlər üzrə orta faiz dərəcəsi ötən ay ilə müqayisədə 0.12 faiz bəndi azalaraq 7.72% təşkil edib.
Azərbaycanın bank sektorunun xalis mənfəəti - 39% ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bank bildirir.
Xarici valyuta ilə cəlb olunmuş depozit və əmanətlər üzrə orta faiz dərəcəsi isə ötən ay ilə müqayisədə 0.67 faiz bəndi artaraq 2.34% təşkil edib.
Hesabat dövründə aylıq müqayisədə milli valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 0.07 faiz bəndi azalaraq 15.92% təşkil edib.
Xarici valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi isə son ayda 0.34 faiz bəndi azalaraq 4.92% təşkil edib.