Azərbaycanda sentyabrın 1-dən tətbiq edilən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi bazara - banklar arasındakı bazarda faiz dərəcələrinə təsir etməyə başlayıb.
Eləcə də bax: Taleh Kazımov Mərkəzi Bankın qərarının səbəblərini açıqlayır– YENİLƏNİR
FED,az xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, artıq banklararası faizlər uçot dərəcəsinə uyğun formalaşır: «Bizim də əsas məqsədlərimizdən biri odur ki, uçot dərəcəsi bazara daha tez təsir etsin və inflyasiyanın tənzimlənməsində rol oynasın».
AMB bildirib ki, yeni çərçivənin tətbiqindən sonra sentyabrda banklar arasında sentyabrda 788 milyon manatlıq, oktyabrda isə 1 milyard 426 milyon manatlıq əqd bağlanılıb. Bunlar da bank sektoru üçün rekord göstəricilərdir.
Taleh Kazımov bildirib ki, bu alətlərin tətbiqi nəticəsində qısa müddət keçməsinə baxmayaraq artıq uçot dərəcəsi banklar arasındakı faiz dərəcələrinə təmri etməyə başlayıb.
«Müstəqillik dövründə ilk dfədir ki, AMB-nin uçot dərəcəsi bazara birbaşa real təsir etməyə başlayıb. Bu münasibətlə komandamızı təbrik etmək istəyirəm».