Bu gün Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov II “Yüksəliş” müsabiqəsinin qalibi Fərid İsayev ilə mentorluq proqramı çərçivəsində növbəti dəfə görüşüb.
Mərkəzi Bankda AYİB-in Azərbaycanın bank sektorunda iştirakı - MÜZAKİRƏ EDİLİB
FED.az xəbər verir ki, bunu sədr tviter hesabında bildirib.
Onun sözlərinə görə, görüşdə F.İsayevin 1 illik fərdi inkişaf planına nəzər salınıb, görülmüş işlərin cari vəziyyətinə dair fikir mübadiləsi aparılıb, proqram əsasında AMB-nin həyata keçirəcəyi fəaliyyətlərdə və layihələrdə iştirak perspektivləri müzakirə edilib.