Bu gün Mərkəzi Bankda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB, EBRD) Şərqi Avropa və Qafqaz regionu üzrə icraçı direktoru Matteo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AMB ötən ili 64 milyon manat - ZƏRƏRLƏ BİTİRİB
FED.az xəbər verir ki, bu barədə Mərkəzi abnkın sədri Taleh Kazımov bildirib.
O qeyd edib ki, görüş zamanı AYİB-in Qafqaz üzrə yeni regional direktoru təyin olunmuş Alkis Vrienios Drakinos və Azərbaycan üzrə Ofisinin rəhbəri Nataly Muravidze təqdim edilib.
Görüşdə AYİB-in Azərbaycandakı fəaliyyəti, o cümlədən bank sektorunda iştirakı, 2023-2027-ci illər üçün Azərbaycanın maliyyə sektoru üzrə strategiyasının həyata keçirilməsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda Mərkəzi Bank ilə AYİB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivlərini müzakirə edilib.