Valyuta bazarında məhdudiyyət yoxdur.
Taleh Kazımov/AMB mənzil qiymətlərinin artımı barədə: "Bu məsələni daxildə bir neçə dəfə müzakirə etmişik"
FED.az xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında qurumun sədri Taleh Kazımov valyuta bazarındakı vəziyyətlə bağlı sualları cavablandırıb.
Taleh Kazımov bildirib ki, artıq son üç ayda valyuta bazarında tələbin azalması müşahidə olunur. Bu səbəbdən Dövlət Neft Fondu ayın sonunda büdcəyə nəzərdə tutulan transfertləri manatda deyil, dollarda həyata keçirib: “Artıq son üç ayda valyuta bazarında tələb az olduğu üçün Dövlət Neft Fondu ayın sonunda büdcəyə transfert edəcəyi məbləği dollarda transfert edib. Yəni manatla transfert edə bilmir, çünki tələb yoxdur, ona görə də büdcə icrası üçün vəsaiti valyutada transfert edib.”
Mərkəzi Bank sədri vurğulayıb ki, valyuta bazarında valyuta alışı üçün məhdudiyyətlər yoxdur. Aydındır ki, müəyyən şərtlər var, amma bu məhdudiyyət demək deyil.
“Çirkli pulların yuyulması istiqamətində apardığımız islahatları nəzərə alaraq bizim istəyimiz odur ki, valyuta bazarından gətirilən alış sifarişinin mənbəyi göstərilsin. Bu, bəzi sui-istifadə hallarının qarşısını almaq üçün tətbiq edilir” - deyə sədr qeyd edib.
Taleh Kazımov əlavə edib ki, valyuta alışında da heç bir məhdudiyyət yoxdur. Məsələn, bir milyon manatınız varsa, mənbəyini göstərməklə istənilən qədər valyuta çevirə bilərsiniz.